Qazax rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.
Bakı şəhər sakini, 49 yaşlı V. Məmmədov kənddəki evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.