Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova "general-leytenant", polkovniklər Elnur Əli oğlu Ələsgərliyə, Hikmət Rövşən oğlu Əliyevə və Telman Əsgər oğlu Hüseynova "general-mayor" ali hərbi rütbəsi verilib.
Lent.az xəbər verir ki, Zaur Rüstəmov Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda, eləcə də 8 Noyabr - Zəfər paradında təyyarəçilərə rəhbərlik edib.
2022-ci ilin mayında Bakıda keçirilən "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində Türkiyənin "Baykar" şirkətinin rəhbəri Selçuk Bayraktarı MiQ-29 qırıcı təyyarəsində müşayiət edib.
Prezident İlham Əliyevin 2022-ci il iyunun 25-də imzaladığı Sərəncamla Zaur Rüstəmova "general-mayor" ali hərbi rütbəsi verilib.
O, 2024-cü il noyabrın 7-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini - Hava Döyüş komandiri vəzifəsinə təyin edilib.