Ağstafada bir ailənin  üç üzvü   zəhərləndi
06 noyabr 2026 18:43 (UTC +04:00)

Ağstafada bir ailənin üç üzvü zəhərləndi

0

Ağstafada zəhərlənmə hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakinləri olan bir ailənin 3 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

İlkin məlumata görə, onlar yemək yedikdən sonra özlərini pis hiss ediblər.

Faktla bağlı araşdırma aparılır.

***

Noyabrın 6-da saat 13:10-də 3 nəfər (1 qadın, 2 kişi) zəhərlənmə şübhəsilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

"Onlara zəruri tibbi xidmətlər göstərilib. Müalicələri tibb müəssisəsində davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar