Kameraları qırıb 10 minlik oğurluq  edən həbs olundu
06 noyabr 2026 13:22 (UTC +04:00)

Kameraları qırıb 10 minlik oğurluq edən həbs olundu

0

Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb. O, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb.

Abşeron rayonunda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarına əsasən saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar