Paytaxtın bu ərazilərində işıqlar kəsiləcək
06 noyabr 2026 07:50 (UTC +04:00)

Paytaxtın bu ərazilərində işıqlar kəsiləcək

0

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 6-da Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM)  təmir işləri aparılacaq.

Bu barədə Lent.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Mikayıl Müşviq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonu Əli Vəliyəv 16 ünvanında saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar