Soğanı kartofla bir yerdə  saxlamayın:   nəticəsi sizi  TƏƏCCÜBLƏNDİRƏCƏK
05 noyabr 2026 15:14 (UTC +04:00)

Soğanı kartofla bir yerdə saxlamayın: nəticəsi sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

0

Mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən olan soğan və kartofu eyni yerdə saxlamaq rahat görünsə də, bu vərdiş onların daha tez xarab olmasına səbəb ola bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, soğan və kartof eyni yeşikdə saxlanıldıqda ayrı-ayrılıqda saxlanılan məhsullarla müqayisədə daha tez keyfiyyətini itirə bilər. Bəzi hallarda bir həftə ərzində kartof cücərməyə başlayır, soğan isə nəmlənir. Bəs bunun səbəbi nədir?

Soğan və kartofu niyə eyni şəraitdə saxlamaq olmaz?

Bu iki tərəvəzin saxlanma şəraitinə olan tələbləri bir-birindən fərqlənir.

Soğanın uzun müddət təzə qalması üçün quru və yaxşı havalandırılan mühit lazımdır. Kartof isə sərin, qaranlıq və temperaturun sabit olduğu şəraitdə daha yaxşı saxlanılır.

Hər iki məhsul eyni yeşikdə yerləşdirildikdə onların saxlanması üçün əlverişli şərait yaratmaq çətinləşir.

Digər problem isə qoxu ilə bağlıdır. Məqalədə bildirilir ki, soğanın kəskin qoxusu kartofa hoparaq onun dadına təsir göstərə bilər. Hətta bəzi hallarda bu kənar dad bişirildikdən sonra da hiss oluna bilər.

Məhz buna görə peşəkar mətbəxlərdə soğan və kartofun ayrı-ayrı yerlərdə saxlanılmasına üstünlük verilir.

Evdə soğan və kartofu necə saxlamaq lazımdır?

Mütəxəssislər məhsulların daha uzun müddət təzə qalması üçün bir neçə sadə qaydaya əməl etməyi məsləhət görürlər.

İlk növbədə, soğan və kartof ayrı-ayrı yeşiklərdə saxlanılmalıdır. Hər iki tərəvəz üçün uyğun havalandırma şəraiti yaradılmalıdır.

Soğan quru, qaranlıq və hava dövranı yaxşı olan yerdə yerləşdirilməlidir. Kartof isə günəş işığından qorunmalı, sərin və qaranlıq mühitdə saxlanılmalıdır. Bunun üçün işıq keçirməyən yeşiklərdən istifadə etmək olar.

Əgər mətbəxdə iki ayrı yeşik yerləşdirmək üçün kifayət qədər yer yoxdursa, tərəvəzlər arasında arakəsmə qoymaq mümkündür. Lakin bu üsul qaz və rütubətin yayılmasının qarşısını tam almır.

Saxlanılan məhsulları ən azı iki həftədən bir yoxlamaq, çürümüş və kiflənmiş tərəvəzləri vaxtında ayırmaq da vacibdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 52

Oxşar yazılar