"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya milli komandasından ayrıldığını “Instagram” hesabında elan edib.
"Portuqaliya həmişə ürəyimdə olacaq", - Lent.az-ın xəbərinə görə, Ronaldo yazıb.
41 yaşlı Kriştiano Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 2003-cü il avqustun 20-də Qazaxıstan millisinə qarşı yoldaşlıq oyununda (1-0) edib və ikinci hissədə əvəzedici heyətdə meydana çıxıb.
Hücumçu Portuqaliya millisində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə edib. Ronaldo bir dəfə Avropa Çempionatını (2016) və iki dəfə UEFA Millətlər Liqasını (2018/2019 və 2024/2025) qazanıb.