AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını  açıqladı
05 noyabr 2026 01:00 (UTC +04:00)

AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı

0

 

AnTuTu 2026-cı ilin oktyabr ayı üzrə ən güclü Android telefonlarının reytinqini açıqlayıb.

Lent.az xəbər verir ki, siyahı Çində satışda olan smartfonların performans testlərinin nəticələrinə əsaslanır.

Reytinqdə birinci yeri “Honor WIN 2” modeli tutub. İkinci yerdə “Red Magic 12 Pro+”, üçüncü yerdə isə “iQOO 16” qərarlaşıb.

İlk üçlükdəki bütün telefonlar Qualcommun “Snapdragon 8 Elite Extreme Gen 6” prosessoru ilə təchiz olunub.

Dördüncü yeri “Xiaomi 18 Fold”, beşinci yeri “OnePlus 16”, altıncı yeri “Honor Magic 9 Pro Max” tutub.

Yeddinci və səkkizinci yerlərdə “Vivo X500 Pro Max” və “OPPO Find X10 Pro Max” qərarlaşıb.

İlk onluğu “Honor WIN RT 2” və “iQOO 15 Ultra” tamamlayıb.

Reytinqdəki 10 modeldən beşi “Snapdragon 8 Elite Extreme Gen 6” prosessorundan istifadə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar