Zaqatalanın Əliabad qəsəbəsində yerləşən maşın bazarında avtomobil alqı-satqısında durğunluq yaşanır.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, bazarda alıcıların sayı azdır, satıcılar isə qiymətləri endirmək istəmirlər.
Satıcılar alıcılıq qabiliyyətinin aşağı olmasından şikayətlənirlər.
Avtomobil almaq istəyən yaşlı sakinlərdən biri 4 min manatlıq büdcəsinə uyğun maşın tapa bilmədiyini deyib.
“Mənim büdcəm 4 min manatdır. Amma nə qədər gəzdim, bu qiymətə maşın tapa bilmədim. Yəqin ki, yolumu Bakıdan salacağam”, – deyə o bildirib.
Əliabad maşın bazarında satışa çıxarılan avtomobillərin əksəriyyəti sovet istehsalı olan köhnə modellərdir. Lakin bu maşınlara da maraq olduqca zəifdir.