Əsgərlikdən qorxan çağırışçı  məhkəməni uduzub   intihar etdi
04 noyabr 2026 16:26 (UTC +04:00)

Əsgərlikdən qorxan çağırışçı məhkəməni uduzub intihar etdi

0

Moskvada 21 yaşlı gənc hərbi komissarlığa qarşı açdığı məhkəmə işlərini uduzduqdan sonra intihar edib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Yeni Moskva ərazisində yerləşən Moskovski şəhərində baş verib.

Məlumata görə, yaşayış binasının qarşısında gəncin cansız bədənini görən şahidlər dərhal təcili yardım xidmətlərinə məlumat veriblər. Onun bədənində intihara xas xəsarətlər aşkar edilib.

İlkin ehtimallara görə, faciəyə gəncin müddətli həqiqi hərbi xidmətə çağırılmaq qorxusu səbəb olub.

Məlumata əsasən, 21 yaşlı Moskva sakini səhhətindəki problemlərlə əlaqədar hərbi xidmətə yararsız hesab edilməsi üçün dəfələrlə hərbi komissarlığa qarşı məhkəmə iddiası qaldırıb.

Gəncin həqiqətən də bir neçə xəstəlikdən əziyyət çəkdiyi bildirilsə də, onların ağırlıq dərəcəsi hərbi xidmətdən azad olunması üçün kifayət etməyib. Nəticədə məhkəmələr onun iddialarını təmin etməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar