27 sentyabr 2020-ci il Azərbaycanın Vətən müharibəsinə başladığı, tariximizin ən mühüm günlərindən biri oldu. 44 günlük müharibədə döyüşənlər arasında ehtiyatda olan baş leytenant, qazi Sənan Həsənov da var.
Sənan Həsənov müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. Cəbrayıl istiqamətində gedən ağır döyüşlər zamanı yaralanan qazi kəllə-beyin travması alıb və 9 güllə yarası keçirib. Onun üçün müharibənin ən ağır xatirələrindən biri isə silahdaşlarının itkisini yaşamaqdır.
Sujetdə qazi Sənan Həsənovun müharibə xatirələri, yaralanması, şəhid silahdaşları ilə bağlı yaşantıları və müharibədən sonrakı həyatı barədə danışılır.