SpaceX ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini  orbitə göndərdi
22 noyabr 2026 04:45 (UTC +04:00)

SpaceX ABŞ Kosmik Qüvvələri üçün “Falcon 9” raketini orbitə göndərdi

0

ABŞ-ın “SpaceX” şirkəti ölkənin Kosmik Qüvvələri üçün nəzərdə tutulan USSF-317 missiyası çərçivəsində “Falcon 9” daşıyıcı raketini orbitə buraxıb.

Lent.az xəbər verir ki, bu barədə şirkət “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, raket noyabrın 20-də axşam saatlarında Kaliforniya ştatındakı Vandenberq hərbi bazasından buraxılıb.

“Falcon 9” USSF-317 missiyasının faydalı yükünü orbitə çıxarıb.

Kosmik aparatların texniki xüsusiyyətləri və təyinatı barədə ətraflı məlumat açıqlanmayıb.

“Spaceflight Now” nəşrinin məlumatına görə, missiya çərçivəsində peyklərin orbitə çıxarıldığı ehtimal edilir. Lakin nə “SpaceX”, nə də ABŞ Kosmik Qüvvələri bu məlumatı təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar