“YouTube” 3 milyard dollar ödəyəcək: Şagirdlərin psixi sağlamlığına zərər vurur
22 noyabr 2026 21:36 (UTC +04:00)

“YouTube” 3 milyard dollar ödəyəcək: Şagirdlərin psixi sağlamlığına zərər vurur

0

 

“YouTube” ABŞ-da gənclərin psixi sağlamlığına zərər vurmaqda və asılılıq yaratmaqda ittiham olunduğu məhkəmə iddiaları çərçivəsində minlərlə məktəb dairəsinə təxminən 3 milyard dollar ödəməyə hazırlaşır.

Lent.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, razılaşma məktəblərin şagirdlərə psixoloji dəstək göstərilməsi ilə bağlı xərclərini qarşılamağa yönəlib.

Sənədin qüvvəyə minməsi üçün məktəb dairələrinin əksəriyyəti onu qəbul etməli və məhkəmə təsdiqləməlidir.

İddiaçılar “YouTube” və digər sosial media platformalarını alqoritmlər, avtomatik video başladılması və sonsuz sürüşdürmə funksiyası vasitəsilə gənclərdə asılılıq yaratmaqda, bununla da depressiya və təşviş kimi problemlərə yol açmaqda ittiham edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar