Alimlər suyu iki almaz arasında sıxdılar: Gözlənilməz nəticə
22 noyabr 2026 18:22 (UTC +04:00)

Alimlər suyu iki almaz arasında sıxdılar: Gözlənilməz nəticə

0

ABŞ alimləri suyu iki almaz arasında güclü təzyiqə məruz qoyaraq indiyədək laboratoriya şəraitində müşahidə edilməyən dəyişiklik aşkarlayıblar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar su damcısını iki almaz ucluq arasında sıxaraq Yer atmosfer təzyiqindən təxminən 2,2 milyon dəfə yüksək təzyiq yaradıblar.

Təcrübə zamanı suyun atom quruluşunun gözləniləndən fərqli olaraq daha nizamsız və asimmetrik formaya keçdiyi müəyyən edilib.

Alimlərin sözlərinə görə, bu kəşf Uran və Neptun kimi planetlərin dərinliklərində suyun hansı vəziyyətdə olduğunu anlamağa kömək edə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar