Astarada naringi ucuzlaşdı – Fermerlər narazıdır  -VİDEO
04 noyabr 2026 12:04 (UTC +04:00)

Astarada naringi ucuzlaşdı – Fermerlər narazıdır -VİDEO

0

Astarada naringi yığımının başlamasına baxmayaraq, məhsulun satış qiymətinin aşağı düşməsi fermerləri çətin vəziyyətə salıb.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, rayonda naringi yığımına oktyabrın 10-dan başlanılıb.

Fermerlərin sözlərinə görə, bu il naringinin keyfiyyəti və ölçüsü qənaətbəxşdir. Lakin məhsulun bol və keyfiyyətli olması təsərrüfatçıların qazancına müsbət təsir göstərməyib.

Belə ki, ilk yığım zamanı “Karli” sortundan olan naringinin bir kiloqramı 1 manat 20 qəpiyə satılıb. Hazırda isə ikinci yığımda qiymətlər 60-80 qəpik arasında dəyişir.

Fermerlər qiymətlərin kəskin ucuzlaşmasından narahat olduqlarını bildirirlər. Onların sözlərinə görə, mövcud satış qiymətləri çəkilən zəhmətin qarşılığını almağı çətinləşdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar