1960-cı ildən qalan yollar Göyçay sakinlərini  bezdirib -VİDEO
19 oktyabr 2026 14:58 (UTC +04:00)

1960-cı ildən qalan yollar Göyçay sakinlərini bezdirib -VİDEO

0

Göyçay rayonunun Qızılağac kəndində yolların bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, 1960-cı ildə salınan kənd yollarında uzun illərdir əsaslı təmir aparılmayıb. Yollarda yaranan çala-çuxurlar, yayda toz-torpaq, yağışlı havalarda isə palçıq sakinlərin gündəlik həyatını çətinləşdirir.

Kənd sakini Şaiq Xəlilov bildirib ki, problemlə bağlı dəfələrlə müraciət etsələr də, nəticə olmayıb:

“Yollar bərbad gündədir. Maşın keçəndə toz qalxır, uşaqlarımız o tozu udur. Yağış yağanda isə vəziyyət daha da acınacaqlı olur”.

Qonşu Mollahacılı kəndinin sakini Səməd Cavad isə Qızılağac məktəbinə şagird daşıdığını, yolların vəziyyətinə görə avtomobilini tez-tez təmir etdirməli olduğunu deyib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən yolda mütəmadi cari təmir işləri aparılır.

Qurumun məlumatına görə, müvafiq investisiya vəsaiti ayrıldıqdan sonra yolun əsaslı təmiri nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar