Goranboyda NİVA dərəyə aşdı, sərnişin öldü
03 noyabr 2026 21:23 (UTC +04:00)

Goranboyda NİVA dərəyə aşdı, sərnişin öldü

0

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Lada NİVA” markalı minik avtomobili idarəetməni itirərək təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 64 yaşlı R. Həsənəliyeva hadisə yerində ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R. Həsənəliyeva Birinci Qarabağ müharibəsinin şəhidi Sirac Həsənəliyevin anasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar