Sosial şəbəkədə  söyüş yazan   28 yaşlı oğlan həbs edildi
03 noyabr 2026 16:22 (UTC +04:00)

Sosial şəbəkədə söyüş yazan 28 yaşlı oğlan həbs edildi

0

Sosial şəbəkədə təhqir yazan İmişli sakini saxlanıldı.

Lent.az xəbər verir ki, 28 yaşlı Nurlan Məmmədov (ad və soyad şərtidir) sosial şəbəkədə nalayiq ifadələr yazıb.

Bundan sonra o, polis şöbəsinə çağırıldıqda səs-küy salıb, polisin tələblərinə məhəl qoymayıb.

Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2 və digər maddələrlə protokollar tərtib edilib.

Məhkəmədə ifadə verən N.Məmmədov törətdiyi əməllərə görə peşman olduğunu, bir daha təkrarlanmayacağını söyləyib.

Məhkəmənin qərarına görə, N.Məmmədov 10 gün inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar