Gimnaziyanın baş mühasibinin məhkəməsi başlayır - MƏNİMSƏMƏ
03 noyabr 2026 12:26 (UTC +04:00)

Gimnaziyanın baş mühasibinin məhkəməsi başlayır - MƏNİMSƏMƏ

0

Şəkidə gimnaziyanın baş mühasibi mənimsəmədə ittiham olunur.

Lent.az xəbər verir ki, Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın baş mühasibi Məmmədov Vüqar Rasim oğlu 54 min 634 manat yeyintidə təqsirli bilinir.

Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq orqanı tərəfindən aparılan araşdırma başa çatıb və baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İstintaq zamanı V. Məmmədovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət predmeti olan vurulmuş ziyan ödənilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar