NASA-nın Marsdakı aparatı rekord qırdı – 45,22 km
03 noyabr 2026 06:43 (UTC +04:00)

NASA-nın Marsdakı aparatı rekord qırdı – 45,22 km

0

 

NASA-nın “Perseverance” Mars aparatı başqa planetin səthində hərəkət edən kosmik robotlar arasında məsafə rekordunu yeniləyib.

Lent.az xəbər verir ki, aparat Marsda ümumilikdə 45,22 kilometr yol qət edərək 2004–2018-ci illərdə fəaliyyət göstərmiş “Opportunity” robotunun rekordunu geridə qoyub.

2021-ci ildə Marsa enən “Perseverance” qədim mikrob həyatının izlərini axtarır, süxur və torpaq nümunələri toplayır.

Robotun avtonom idarəetmə sistemi ətraf ərazini təhlil edərək maneələrdən yayınmağa və Yer kürəsindən davamlı göstəriş almadan hərəkət etməyə imkan verir.

NASA aparatın texniki vəziyyətinin yaxşı olduğunu və missiyasının davam etdiriləcəyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar