Hindistanda 25 yaşlı qadın ərinin qətlini təşkil etməkdə şübhəli bilinir.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, cinayətkarlar cinayəti qəza kimi göstərmək üçün kişini iplə boğub və cəsədini gölməçəyə atıblar. Faciə Hanmacipet kəndində baş verib və mərhumun 26 yaşlı Qummadi Kaşiram olduğu müəyyən edilib.
Əvvəlcə zərərçəkənin ailəsi bunun qəza olduğunu düşünüb. Lakin polis onun boynunda travma əlamətləri aşkar edib. İstintaq Qummadi Kaşiramın həyat yoldaşının iki kişi ilə münasibətdə olduğunu aşkar edib. Bu məlum olduqda, üçlük kişidən yaxa qurtarmaq qərarına gəlib.
Polis hesab edir ki, kişiyə spirtli içki verilib və cinayətin törədildiyi bəndə aparılıb. Qadının sevgililəri artıq qətli etiraf ediblər, lakin qadın susur. Hər üçü həbs olunub.