2025-ci il etibarilə Azərbaycanın BMT sisteminə verdiyi töhfələr 18 535 620 dollar təşkil edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Ermənistanın verdiyi töhfələr 3.101.161 dollar, Gürcüstanınkı isə 3.004.521 dollar təşkil edib.
Bütün ölkələrdən ümumi töhfələr 40,75 milyard dollardan çox olub.
ABŞ, Almaniya və Çin BMT-yə ən çox ianə verən ölkələr olub.