Amerikalı tanınmış kinorejissor, ssenarist və prodüser Maykl Mann təsadüfən özünü güllələyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də Los-Ancelesdəki atıcılıq poliqonunda baş verib.
83 yaşlı rejissor məşq zamanı silahını qobura yerləşdirərkən təsadüfən atəş açılıb. Nəticədə Mann ayağından güllə yarası alıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. Rejissor xəstəxanaya çatdırılıb. Mannın ailəsindən bildirilib ki, rejissor yüngül xəsarət alıb, ona tibbi yardım göstərilib və həyatı üçün təhlükə yoxdur. Polis bunun bədbəxt hadisə olduğunu, rejissorun özünə qəsdən xəsarət yetirmək niyyətinin olmadığını təsdiqləyib.
Qeyd edək ki, Maykl Mann "Heat", "Collateral" və "Ferrari" kimi məşhur filmlərin rejissorudur.