Göygöldə bələdiyyənin mühasibinin meyiti iş otağından tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Kənd bələdiyyəsinin mühasibi, 65 yaşlı S. Orucovun meyiti onun iş otağında aşkarlanıb.
İlkin məlumata görə, o, ürək tutmasından dünyasını dəyişib.