Göygöldə qəza-Xəsarət alanlar var
01 noyabr 2026 09:16 (UTC +04:00)

Göygöldə qəza-Xəsarət alanlar var

0

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı bordürə çırpılıb.

Qəza nəticəsində 2005-ci il təvəllüdlü O. Abbaszadə, T. Məhərrəmov, Ü. Bayramlı və 2004-cü il təvəllüdlü X. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hazırda onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar