Sabahdan  15 yaşından aşağı uşaqlar sosial şəbəkəyə girə bilməyəcək
31 oktyabr 2026 17:00 (UTC +04:00)

Sabahdan 15 yaşından aşağı uşaqlar sosial şəbəkəyə girə bilməyəcək

0

Türkiyədə noyabrın 1-dən etibarən 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Kibertəhlükəsizlik İdarəsi məlumat yayıb.

Yeni qaydalara əsasən, 15-18 yaşlı yeniyetmələrə yaşlarına uyğun xidmətlər göstəriləcək. Sosial şəbəkələrdə yeni hesab açan şəxslərin yaşını təsdiqləməsi məcburi olacaq. Mövcud hesabların yoxlanılması üçün isə 31 mart 2027-ci ilədək vaxt verilib.

Yaşın təsdiqlənməsi “e-Devlet” sistemi vasitəsilə həyata keçiriləcək. Bu zaman istifadəçilərin şəxsi məlumatları sosial şəbəkə platformalarına ötürülməyəcək.

Qurum vətəndaşları yaş təsdiqlənməsi adı altında yayılan saxta keçidlərə və dələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar