Rusiya ilə Azərbaycan arasında Moskva–Bakı marşrutu üzrə lüks kruiz gəmisinin hərəkətə başlaması planlaşdırılır.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov "Zvezda" kanalının efirində deyib.
Onun sözlərinə görə, Moskva ilə Bakı arasında gediş-gəliş təxminən 14 gün davam edəcək. Səyahətin hər istiqamətinə təxminən bir həftə vaxt ayrılacaq.
Adam Hakimov qeyd edib ki, hazırda bu layihə üçün bir gəmi artıq hazırdır, daha iki gəminin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.
Ticarət nümayəndəsinin sözlərinə görə, layihənin həyata keçirilməsinə Rusiya dövləti, o cümlədən Rusiya Sənaye və Ticarət Nazirliyi dəstək göstərir.