Şuşada kişi araq almağa pul verməyən arvadını döydü - HƏBS OLUNDU
31 oktyabr 2026 15:02 (UTC +04:00)

Şuşada kişi araq almağa pul verməyən arvadını döydü - HƏBS OLUNDU

0

Şuşada arvadını döyən kişi həbs edilib.

Lent.az xəbər verir ki, şəhər ərazisində qeydə alınıb.

51 yaşlı Məmməd Əhmədov (ad və soyad şərtidir) evdə yaranan mübahisə zamanı arvadı Əsməri (ad şərtidir) döyərək, çoxsaylı xəsarətlər yetirib.

Fakt əsasında Məmməd polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq protokol tərtib olunub.

M.Əhmədov ifadəsində bildirib ki, spirtli içki (araq) almaq üçün arvadından pul istəyib. Əsmər buna etiraz edəndə isə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Məmməd yumruqla Əsmərin baş nahiyəsindən vurub. Onun sözlərinə görə, daha sonra Əsmər onu itələyərək otaqdan çıxarıb və qapını örtüb. Lakin Məmməd yenidən otağa daxil olmaq üçün qapını bərkdən itələyib. Qapı Əsmərin baş və gicgah nahiyəsinə dəyib. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Məmməd izahatında qeyd edib ki, hadisə zamanı spirtli içkinin təsiri altında olduğu üçün hazırda əməlindən peşmandır.

Zərərçəkmiş Əsmərin sözlərinə görə, əri Məmməd spirtli içki aludəçisi olduğuna görə dörd ay reabilitasiya mərkəzində müalicə alıb. O, hazırda şikayətçi olduğunu deyərək ərinin həbs olunmasını istəyib.

Məhkəmənin qərarı ilə M.Əhmədov bir ay müddətində inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar