“Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gəlir.
Lent.az xəbər verir ki, aktrisanın Bakıya gəlmə səbəbi “İmroz da Bahar” filmidir.
Filmin qala gecəsi Azərbaycanda da keçiriləcək. Tədbir noyabrın 4-nə planlaşdırılıb.
Rejissor Özcan Alperin ekran işində iki insanın şəxsi itkilərlə mübarizəsindən bəhs olunur. Hadisələr Türkiyənin Gökçeada adasında cərəyan edir.
Filmdə Halit Ergenç də rol alıb. Üzerli və Halit 15 ildən sonra yenidən eyni ekran işində tərəf müqabili olublar.