Avropada  rahat yaşamaq   üçün  nə qədər pul   lazımdır: ölkə  reytinqləri
30 oktyabr 2026 20:15 (UTC +04:00)

Avropada rahat yaşamaq üçün nə qədər pul lazımdır: ölkə reytinqləri

0

Məbləğ konkret ölkədən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.

Nisbətən rahat yaşamaq üçün Avropada yetkin bir insanın ayda təxminən 2867 avro xalis gəlirə ehtiyacı var. 

Lent.az bildirir ki, lakin bu, orta rəqəmdir və “Euronews”un məlumatına görə, ölkədən ölkəyə əhəmiyyətli dərəcədə dəyişəcək.

Nəşrin müəllifi yaşamaq üçün lazım olan minimum pul məbləğini deyil, hər bir ölkə üçün orta gəlirin 150 faizi kimi qiymətləndirdiyi "rahat" səviyyəni təxmin edib. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının təsnifatına görə, bu, yuxarı orta təbəqəli ev təsərrüfatları üçün aşağı gəlir həddidir.

Təhlilə daxil olan 34 Avropa ölkəsi arasında ən yüksək aylıq gəlir tələbi İsveçrədə 6491 avro ilə qeydə alınıb. Avropa Birliyi ölkələri arasında Lüksemburq 6256 avro ilə liderlik edir. Lakin Rumıniya ən aşağı aylıq gəlir tələbinə malikdir - 1023 avro.

Avropa Birliyinin ən böyük iqtisadiyyatları arasında Almaniyada rahat həyat üçün ən yüksək aylıq gəlir tələbi 3611 avro ilədir. Fransada bu göstərici 3307 avro, İtaliyada 2758 avro və İspaniyada 2546 avrodur.

Yuxarıdakı rəqəmlər tək yaşayan şəxslərə aiddir. Uşağı olmayan cütlük üçün Avropa Birliyində orta aylıq gəlir tələbi 4301 avro, 14 yaşdan kiçik iki uşağı olan ailə üçün isə 6021 avro olaraq qiymətləndirilir. Çünki birlikdə yaşamaq kirayə haqqı, enerji və digər xərclərdə qənaət etməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 170

Oxşar yazılar