"Azercell"in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
30 oktyabr 2026 15:32 (UTC +04:00)

"Azercell"in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

0

Qurama konsepsiyası əsasında təşkil olunan tədbirdə Azərbaycanın mədəni irsi və qadınlar üçün yeni inkişaf imkanları diqqət mərkəzində olub

Azercell-in tərəfdaşlığı ilə Azərbaycan İşgüzar Qadınlar (“Azerbaijan Business Women”) təşkilatının təsis etdiyi “SHE” platforması çərçivəsində “Gələcəyin toxuması” (“Fabric of the Future”) adlı tədbir baş tutub. Proqramda ənənəvi sənətkarlığın müasir yaradıcılıqda yaşadılması, eləcə də qadınlar üçün yeni sosial və iqtisadi imkanların yaradılması mövzularına yer verilib.

Tədbirdə Azərbaycanın qədim tətbiqi sənət növlərindən olan quramanın dirçəldilməsi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində çalışan Əminə Məlikovanın yeni kolleksiyası nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan İşgüzar Qadınlar təşkilatının sədri və “SHE” platformasının təsisçisi Tatyana Mikayılova təşəbbüsün ideyası və əhəmiyyəti haqqında danışıb.

Tədbirin davamında çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva qadınların imkanlarının genişləndirilməsində texnologiyanın və məsuliyyətli biznesin rolundan danışıb: “Texnologiya mədəni irsimizi yalnız qorumağa deyil, onu yeni iqtisadi imkanlara çevirməyə də kömək edir. Rəqəmsal bacarıqlar və texnologiyalara çıxış sayəsində qadınlar ənənəvi sənətkarlıq nümunələrini daha geniş auditoriyaya təqdim edə və bizneslərini inkişaf etdirə bilərlər. Bizim məqsədimiz keçmişdən miras qalan mədəni dəyərləri qorumaqla yanaşı, gələcək nəsillər üçün daha geniş imkanlar yaratmaqdır”.

Şirin Əliyeva, həmçinin Azercell-in qızların və qadınların fərdi inkişafına və sosial rifahına dəstək məqsədilə həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib.

Tədbirdə Azercell-in təşkilatçılığı ilə “Gələcəyimizi formalaşdırmaq” mövzusunda panel müzakirəsi də keçirilib. Müzakirədə cəmiyyətin qadınlardan gözləntiləri, eləcə də qadın və qızların dəstək xidmətlərinə çıxışı barədə fikir mübadiləsi aparılıb.

Paneldə iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova qadınların sosial və iqtisadi müstəqilliyinin gücləndirilməsi və qızların inkişaf imkanlarının genişləndirilməsi məsələlərinə toxunub. O, şirkətin dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” və “Oflayn Qadınlar” rəqəmsal platforması haqqında məlumat verərək, bu təşəbbüslərin çətin həyat şəraitində olan qadınların vaxtında dəstək almasına xidmət etdiyini bildirib. Sona Abbasova Azercell abunəçilərinin “Qadın Dəstək Xətti”nə ödənişsiz zəng edə, “Oflayn Qadınlar” platformasından isə internet paketi olmadan yararlana bildiklərini qeyd edib. O, bu imkanların qadınların ehtiyac duyduqları anda dəstək xidmətlərinə çıxışını asanlaşdırdığını vurğulayıb.

Proqram aktyor, dramaturq və teleaparıcı Kamran Ağabalayevlə Əminə Məlikovanın söhbəti ilə davam edib.

Azercell bu tərəfdaşlıqla qadınların öz bacarıqlarını reallaşdırmasına və yeni imkanlar qazanmasına dəstəyini ifadə edib. Şirkət təhsil, rəqəmsal bacarıqlar və sosial dəstək sahələrində təşəbbüsləri ilə qadınların cəmiyyətin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edir.

Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar