"Rəmiş" hotel bağlandı - VİDEO
30 oktyabr 2026 09:54 (UTC +04:00)

"Rəmiş" hotel bağlandı - VİDEO

0

Bakıda hotelin fəaliyyəti dayandırılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada yoxlama keçirib. Nəticədə yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib

Tapılan nöqsanlar obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi qənaətinə gəlinib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar