Kapadokyada Göreme Açıq Hava Muzeyindəki uçqun nəticəsində ölənlərin sayı artıb.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə nəticəsində daha bir nəfərin meyiti tapılıb, ölənlərin sayı 3-ə çatıb.
***
17:21
Türkiyənin Kapadokiya bölgəsində baş verən faciə zamanı ölənlərin sayı açıqlanıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
***
16:55
Türkiyənin Kapadokiya bölgəsində, Göremə Açıq Hava Muzeyinin girişində “pəri bacası” adlandırılan təbii qaya sütunu çöküb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var.
Onların sayı barədə hələlik məlumat verilməyib.

