Bakının Balaxanı qəsəbəsində maraqlı və rəngarəng “Balqabaq Festivalı” təşkil olunub.
Lent.az APA TV-yə istinadən xəbər verir ki, festival çərçivəsində balqabaqlardan hazırlanmış müxtəlif dekorativ kompozisiyalar nümayiş etdirilib.
Tədbir həm yerli sakinlərin, həm də qəsəbəyə gələn qonaqların böyük marağına səbəb olub.
Festivalda balqabaqlardan hazırlanan fərqli bəzəklər, yaradıcı əl işləri və payız mövzusunda kompozisiyalar diqqət çəkib.
Təşkilatçılar bu cür tədbirlərin keçirilməsinin Balaxanının turizm potensialının tanıdılması və qəsəbəyə gələn ziyarətçilərin sayının artırılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.
Festival iştirakçıları tədbirin yaratdığı bayram ab-havasından məmnunluqlarını ifadə ediblər.