Mussolininin nəticəsi ulu babasının  hakimiyyətə gəlməsinin   ildönümündə  qol vurdu
28 oktyabr 2026 18:54 (UTC +04:00)

Mussolininin nəticəsi ulu babasının hakimiyyətə gəlməsinin ildönümündə qol vurdu

0

"Latsio"nun müdafiəçisi Romano Floriani Mussolini Roma klubunda ilk qolunu vurub.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 23 yaşlı futbolçu Seriya A-nın doqquzuncu turunun "Sassuolo"ya qarşı səfər oyununda (6-2) qol vurub. 16-cı dəqiqədə Mussolini Kennet Teylorun ötürməsini qola çevirərək oyunda hesabı 3-1 edib. Onun qolu komandasına qələbə gətirib.

Romano Floriani Mussolini 1922-ci ildən 1943-cü ilə qədər İtaliyaya rəhbərlik etmiş Benito Mussolininin nəticəsidir. Anası, diktatorun nəvəsi Alessandra Mussolini, İtaliya və Avropa parlamentlərinin üzvü olub.

Maraqlıdır ki, Mussolininin qolu 1922-ci ildə Benito Mussolininin İtaliyada hakimiyyətə gəlməsinin ildönümünə təsadüf edib. Bundan əlavə, “Latsio”nun müdafiəçisi İtaliya sosialist hərəkatının görkəmli simalarından biri və Mussolininin əleyhdarı olan Filippo Turati ilə ortaq soyadı paylaşan “Sassuolo”nun qapıçısı Stefano Turatinin qapısına qol vurub.

Futbolçunun özü Mussolini adından uzaq durmağa çalışır - o, əsas komandada Floriani adı ilə oynayır və formasında Romano adını istifadə edir.

Floriani Mussolini 2016-cı ildə “Roma” akademiyasından qoşulan “Latsio” komandasının yetirməsidir. O, ilk mövsümlərini “Peskara” (2023–24), “Yuve Stabiya” (2024–25) və “Kremoneze” (2025–26) klublarında icarə əsasında keçirdikdən sonra doğma klubunda yerini möhkəmləndirib. Bu mövsüm “Latsio” üçün doqquz oyunda iştirak edib.

“Latsio” ardıcıl beşinci qələbəsini qazanıb və Serie A turnir cədvəlində “İnter”dən üç xal qabaqda liderdir. Noyabrın 1-də romalılar evdə “Kalyari” ilə qarşılaşacaqlar. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar