Sevgilisi olmayanlara  TƏKLİF   - Finlandiyada istirahət edə biləcəksiniz
28 oktyabr 2026 14:49 (UTC +04:00)

Sevgilisi olmayanlara TƏKLİF - Finlandiyada istirahət edə biləcəksiniz

0

Finlandiya sevgilisi olmayan şəxslərə qeyri-adi səyahət təklif edir. Müxtəlif ölkələrdən seçiləcək 16 iştirakçı dördgünlük qastronomik səfərə yollanacaq və yerli subaylarla şam yeməyində tanış olacaq. Səfərin bütün xərclərini təşkilatçılar qarşılayacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki,  layihənin təşəbbüskarı “Visit Finland” turizm təşkilatıdır.

Səyahət hara olacaq?

İştirakçılar səkkiz nəfərlik iki qrupa bölünərək 2027-ci il fevralın 9-19-u aralığında Helsinki və ya Tampere şəhərinə göndəriləcəklər. Hansı şəhərə gedəcəkləri iştirakları yekun təsdiqlənənədək sürpriz olaraq qalacaq.

Proqrama müxtəlif qastronomik tədbirlər daxildir. Əsas tədbir isə məkanı əvvəlcədən açıqlanmayan şam yeməyi olacaq. Görüşə romantik münasibəti olmayan yerli sakinlər də qatılacaqlar.

Helsinkidə menyunu “Café Savoy” restoranının aşpazı Adel Kinnunen, Tamperedə isə “Gösta” restoranından Henri Tikkanen hazırlayacaq. Tikkanen Finlandiyanı beynəlxalq “Bocuse d’Or” kulinariya müsabiqəsində təmsil edib.

İdeya çəhrayı alış-veriş səbətlərindən yaranıb

Layihə Finlandiyada populyarlaşan “Sinkkukori” tanışlıq ənənəsinin davamı kimi təqdim olunur. Bu təşəbbüs çərçivəsində tanışlığa açıq olan insanlar supermarketlərdə çəhrayı səbətlər götürərək digər alıcılara işarə verirlər.

“Business Finland”ın beynəlxalq marketinq üzrə baş direktoru Helli Ximenes bildirib ki, səyahət iştirakçılar üçün yeni imkanlar yarada bilər: “Bəlkə də onlar sevgilərini tapacaqlar”.

İştirak üçün nə etmək lazımdır?

Namizədlər ingilis dilində qısa video çəkərək romantik şam yeməyi üçün hansı yeməyi hazırlayacaqlarını və niyə məhz onu seçdiklərini izah etməlidirlər.

Video Instagram, TikTok və ya YouTube-da #FinnishDinnerDate həştəqi ilə paylaşılmalı, “Visit Finland” hesabı işarələnməlidir. Daha sonra FinnishDinnerDate.com saytındakı anket doldurularaq videonun keçidi əlavə olunmalıdır.

İstəyənlər videonu YouTube-da yalnız keçidi olan şəxslərin baxa biləcəyi rejimdə də yerləşdirə bilərlər.

Son müraciət tarixi açıqlanıb

Müraciətlər noyabrın 10-dək qəbul ediləcək. Qaliblərin adları dekabrın 1-də “Visit Finland”ın Instagram və TikTok səhifələrində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar