Bakıda məktəbdə FACİƏ:  7-ci sinif şagirdi özünü pəncərədən atdı - YENİLƏNİB
28 oktyabr 2026 12:49 (UTC +04:00)

Bakıda məktəbdə FACİƏ: 7-ci sinif şagirdi özünü pəncərədən atdı - YENİLƏNİB

0

Yasamalda məktəblinin faciəvi şəkildə ölümü ilə bağlı təfərrüat məlum olub.

Lent.az xəbər verir ki, 14 yaşlı G.D.-nın intihar etdiyi müəyyənləşib.

Məlumata görə, mərhum şagirdin anası 2024-cü ildə avtomobil qəzasında həlak olub. Bundan sonra G.D. psixoloji sarsıntı keçirib. Həmçinin onun Salyanda yaşayan atasının psixoloji sarsıntı keçirdiyi və ikinci qrup əlil olduğu bildirilir.

Bundan əlavə, faciəvi şəkildə ölən məktəblinin Bakıda xalası ilə birgə yaşadığı da məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılması və aldığı xəsarətlərdən ölməsi faktl ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

***

11:35

225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

Bakı Şəhər Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird dünyasını dəyişib. 

Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. 

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

***
11:03

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Lent.az oxu.az-a istinadla xəbər verir ki, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1572

Oxşar yazılar