Sumqayıtlı məktəbliləri APA TV-də aparıcı oldular -VİDEO
28 oktyabr 2026 11:04 (UTC +04:00)

Sumqayıtlı məktəbliləri APA TV-də aparıcı oldular -VİDEO

0

Sumqayıtlı məktəblilər “APA Group”da qonaq olaraq televiziya sahəsinin maraqlı tərəfləri ilə tanış olublar.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, şagirdlər səfər zamanı media mühiti, jurnalistlərin fəaliyyəti və televiziya proqramlarının hazırlanması prosesi barədə məlumat əldə ediblər.

Məktəblilər kamera qarşısına keçərək özlərini aparıcı rolunda sınayıblar. İlk dəfə kamera qarşısına çıxmağın həyəcanını yaşayan uşaqlar üçün bu təcrübə həm maraqlı, həm də yaddaqalan olub.

Şagirdlər televiziya aparıcılığının incəlikləri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Daha ətraflı APA TV-nin süjetində.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar