"Apple" şərkəti yeni "MacBook Pro"nu  təqdim etdi
27 oktyabr 2026 23:43 (UTC +04:00)

"Apple" şərkəti yeni "MacBook Pro"nu təqdim etdi

0

ABŞ-ın “Apple” şirkəti M6 prosessoru ilə təchiz edilən yeni 14 düymlük “MacBook Pro” noutbukunu təqdim edib.

APA xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, yeni model bir dəfə enerji doldurulmaqla 24 saata qədər işləyə bilir.

“Apple” bildirib ki, M6 prosessoru daha yüksək məhsuldarlıq, süni intellekt funksiyalarının birbaşa cihaz üzərində işləməsi və daha sürətli bağlantı imkanları təmin edir.

Yeni noutbuk tələbələr, biznes istifadəçiləri, kontent yaradıcıları və digər peşə sahibləri üçün nəzərdə tutulub.

Şirkətin məlumatına əsasən, M6 prosessoru əvvəlki nəsillə müqayisədə süni intellektlə bağlı tapşırıqları 25 faiz daha sürətli yerinə yetirir. Eyni zamanda qrafik proqramlarla işləyərkən daha yüksək səmərəlilik təmin olunur.

Yeni “MacBook Pro” sürətli enerji doldurma funksiyası ilə də təchiz edilib. Belə ki, cihazın batareyasını cəmi 30 dəqiqə ərzində 50 faizə qədər doldurmaq mümkün olacaq.

Noutbukun rəsmi satışlarına noyabrın 6-da başlanılacaq. Yeni modelin ilkin qiyməti 1 999 dollar müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar