Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində 98 xarici ölkə vətəndaşını ölkədən deportasiya ediblər.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin müvafiq qurumları ilə birgə keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, Pakistan, Türkiyə, Kuba, Rusiya, Azərbaycan, Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, Çin və digər ölkələrin ümumilikdə 98 vətəndaşı Gürcüstandan çıxarılıb.
Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.
Məlumata görə, cari il ərzində Gürcüstan Miqrasiya Departamenti tərəfindən 3500-dən çox şəxs ölkədən deportasiya edilib.