Azərbaycan Prezidenti İlham Əliyev
27 oktyabr 2026 10:15 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev

Dövlət başçısı: Azərbaycan tarixən həmişə multikultural ölkə olub

0

Azərbaycan tarixən həmişə multikultural ölkə olub.

Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“Mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər gündəliyimizin əsas prioritetləri sırasındadır. Azərbaycan tarixən həmişə multikultural ölkə olub. Biz Avropa ilə Asiyanın arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı və yüksək qiymətləndirdiyi dəyərlərdir. Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biri də cəmiyyətimizdəki həmrəylik və harmoniyadır. Bütün etnik qrupların və dinlərin nümayəndələri Konstitusiyamıza uyğun olaraq? eyni hüquqlardan istifadə etməklə yanaşı, vahid ailə kimi yaşayırlar”, - dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar