"Tez qaçın  , polis gəlir!” – Mərdəkan çimərliyindəki qətlin  sirləri açılır
26 oktyabr 2026 18:09 (UTC +04:00)

"Tez qaçın , polis gəlir!” – Mərdəkan çimərliyindəki qətlin sirləri açılır

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər - Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Şahid R.Ə. hadisə günü Samir Abbasovun ona zəng etdiyini bildirib: "Samir sinif yoldaşım olub. Dedi ki, dəniz kənarında məclis var, görüşüb gedək. Axşam görüşüb taksi ilə məkana getdik. Çatanda axşam saat 10-11 olardı. İçəri keçib yer tapıb əyləşdik. Elə təzəcə oturmuşduq ki, "buradadır, buradadır", - deyə çığırırdı. Tez çölə çıxdıq. Gördük ki, aləm qarışıb, hamı qaçaqaçdadır.

Kiminsə "tez qaçın, polis gəlir", - deyərək qışqırdığını eşitdik. Gördüm, Samirin maşını hazır vəziyyətdədir. Məni görən kimi dedi ki, min maşına, tez gedək buradan. Mətləbi ancaq o zaman görmüşəm. Uşaqlarla maşına minib obyektdən aralandıq. Dedi, gəl, tez, gedək. Aeroport yoluna çatanda Dəyanət ayağından bıçaqlandığını dedi. Necə baş verdiyini soruşanda dedi ki, yerdə uzanan dalaşdığımız oğlan onu bıçaqlayıb".

Şahid M.Əş təqsirləndirilənlərdən ancaq Samiri tanıdığını deyib: "Mən davanın  uzaqdan şahidi olmuşam. Kimin kimi vurduğunu görməmişəm. Səs-küyə çıxanda, artıq dava bitmişdi".

Növbəti proses noyabrın 16-sı saat 17:00-a təyin olunub.

Xatırladaq ki, 2025-ci il iyunun 18-də Mərdəkan çimərliyində kütləvi dava zamanı Süleymanov Mətləb tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, Süleymanov Mətləb Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub.

Hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar