İki  avtobus marşrutunun   hərəkət sxemi  dəyişdirildı
26 oktyabr 2026 15:05 (UTC +04:00)

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildı

0

Paytaxtın Mehdiabad qəsəbəsinin 28 May və  Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib. 

AYNA-dan Lent.az-a bildirilib ki, məhdudiyyət səbəbindən 147 və 179  saylı avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilib. 

Təmir işləri yekunlaşanadək 147 saylı marşrutun avtobusları  metronun “Azadlıq” stansiyası istiqamətində Mehdiabad qəsəbəsinin mərkəzinə daxil olmadan Digah qəsəbəsinin Zəlimxan Yaqub və Mehdiabad qəsəbəsinin 28 May küçələri ilə hərəkət edəcək. 

179 saylı marşurutun hərəkəti isə Mehdiabad qəsəbəsinin Fazil İsmayılov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və 28 May küçələri ilə təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar