Məşhur aşpazın toyu təxirə düşdü  – Nişanlısı xəyanəti bağışlamadı
26 oktyabr 2026 14:42 (UTC +04:00)

Məşhur aşpazın toyu təxirə düşdü – Nişanlısı xəyanəti bağışlamadı

0

Türkiyənin məşhur “MasterChef” proqramının münsiflərindən olan Somer Sivrioğlu şəxsi həyatı ilə yenidən maqazin gündəminə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur aşpazın nişanlısı Didem Belenlə münasibətləri qalmaqallı şəkildə başa çatıb.

Evlənməyə hazırlaşan cütlüyün ayrılmasından sonra Didem Belen sosial şəbəkədə paylaşım edərək Somer Sivrioğlunun ona xəyanət etdiyini və özünü təhdid etdiyini iddia edib.

İddialardan sonra uzun müddət susan məşhur aşpaz nəhayət, Seren Fosforoğlunun “YouTube” proqramında şəxsi həyatı barədə danışıb.

Sivrioğlu keçmiş həyat yoldaşı Aslı Sencerlə 20 ilə yaxın birlikdə olduğunu xatırladaraq münasibətlərdə sevginin dəyişə biləcəyini, lakin birlikdə keçirilən illərin və verilən əməyin dəyərini itirmədiyini bildirib.

Bununla belə, məşhur aşpaz keçmiş nişanlısının xəyanət və təhdid iddialarını birbaşa cavablandırmayıb.

Qeyd edək ki, Somer Sivrioğlu ilə Didem Belen arasında 21 yaş fərqi olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 84

Oxşar yazılar