Rafet El Roman azərbaycanlı tibb bacısı ilə   evlənir
26 oktyabr 2026 15:38 (UTC +04:00)

Rafet El Roman azərbaycanlı tibb bacısı ilə evlənir

0

Türkiyənin məşhur müğənnisi Rafet El Romanın uzun müddətdir kimliyini gizlətdiyi nişanlısının azərbaycanlı olduğu üzə çıxıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 58 yaşlı sənətçi 32 yaşlı azərbaycanlı tibb bacısı Rahimə Hacıyeva ilə evlənməyə hazırlaşır.

Bir neçə ay əvvəl nişanlandığını açıqlayan müğənni sevgilisinin kimliyini gizli saxlayırdı. O, yalnız gələcək həyat yoldaşının azərbaycanlı olduğunu bildirmişdi.

Cütlüyün birlikdə çəkilmiş fotoları da ilk dəfə ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Rafet El Roman daha əvvəl iki dəfə ailəli olub və üç övladı var. Sənətçi üçüncü dəfə evlənməyə hazırlaşır. Onunla nişanlısı arasında 26 yaş fərq var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 156

Oxşar yazılar