Azərbaycan Prezidenti İlham Əliyev
27 oktyabr 2026 10:12 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev

Prezident: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli platformalardan birinə çevrilib

0

"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli platformalardan birinə çevrilib".

Lent.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkədən gələn 500-dən çox xarici qonaq da daxil olmaqla, 2 000-dən artıq qeydiyyatdan keçmiş iştirakçımız var. Bu rəqəmlər əslində göstərir ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlər və təkcə bununla məhdudlaşmayan məsələlərin həlli istiqamətində ən səmərəli və əhatəli platformalardan birinə çevrilib. Çünki forumlarda ənənəvi olaraq qlobal gündəlikdə duran aktual məsələləri müzakirə edirik. 2011-ci ildə bizim təşəbbüsümüzlə təşkil olunan ilk forumu çox yaxşı xatırlayıram. Bu təşəbbüsü dəstəklədiklərinə və bütün bu illər ərzində bizə dəstək göstərdiklərinə görə, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansı başda olmaqla, tərəfdaşlarımıza çox minnətdarıq. Həmin vaxtdan bəri çox şey dəyişib. Əlbəttə, hər iki ildən bir keçirilən hər forumda hamımızı narahat edən məsələləri müzakirə edirik”, - deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 126

Oxşar yazılar