Bakıda AQEM Media Forumu keçirilib -FOTOLENT  - YENİLƏNİB
01 oktyabr 2026 13:17 (UTC +04:00)

Bakıda AQEM Media Forumu keçirilib -FOTOLENT - YENİLƏNİB

0

Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu öz işini başa çatdırıb.

Lent.az xəbər verir ki, yerli və xarici media qurumlarının rəhbərlərinin, diplomatların iştirak etdiyi tədbir Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak ediblər.

Forum tədmi açılış mərasimindən sonra öz işini "Azərbaycanın sədrliyi: Təşəbbüslər, əməkdaşlıq, nəticələr" və "Sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu" adlı iki panel sssiyası ilə davam etdirib.

Panel müzakirələrində AQEM-ə üzv ölkələrin nümayəndələri Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi, media vasitəsilə qarşılıqlı etimadın gücləndirilməsi, sosial həmrəyliyin və mədəniyyətlərarası dialoqun təşviqi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təşviqinə, üzv dövlətlər arasında etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformadır.

***

saat 10:03

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.

Lent.az xəbər verir ki, yerli və xarici media qurumlarının rəhbərlərinin, diplomatların iştirak etdiyi tədbir Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təşviqinə, üzv dövlətlər arasında etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar