Xaçmazda  ev yandı,   90 yaşlı qadının  meyiti   tapıldı
16 noyabr 2026 11:51 (UTC +04:00)

Xaçmazda ev yandı, 90 yaşlı qadının meyiti tapıldı

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb.

Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 90 yaşlı İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 100

Oxşar yazılar