“Huawei”dən yeni smartfon brendi  “Osta” gəlir
16 noyabr 2026 03:37 (UTC +04:00)

“Huawei”dən yeni smartfon brendi “Osta” gəlir

0

“Huawei” şirkəti “Osta” adlı yeni smartfon alt brendini noyabrın 20-də rəsmi olaraq təqdim edəcək.

Lent.az xəbər verir ki, şirkətin İstehlakçı Biznes Qrupunun rəhbəri Riçard Yu yeni brendin ilk modellərindən birinin “Osta O1 Pro” adlanacağını təsdiqləyib.

Məlumata görə, telefon 6,39 düymlük, 1,5K təsvir ölçülü LTPS OLED ekranla təchiz ediləcək. Modelin 12 və 16 GB operativ yaddaş, 256 GB-dan 1 TB-a qədər daxili yaddaş variantları ilə satışa çıxarılması gözlənilir.

Yeni telefonun üç rəngdə təqdim olunacağı bildirilir. Brendin digər modeli “Osta O1” haqqında isə hələlik ətraflı məlumat yoxdur. Texniki göstəricilərin və qiymətlərin noyabrın 20-də açıqlanacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar