Ağstafada sursat partlayışında  yaralananın   vəziyyəti  AÇIQLANDI
15 noyabr 2026 19:25 (UTC +04:00)

Ağstafada sursat partlayışında yaralananın vəziyyəti AÇIQLANDI

0

Ağstafa rayonunda baş verən partlayış hadisəsi səbəbilə yaralanan 44 yaşlı kişi Sahib Əmrahov noyabrın 15-də saat 15:20-də Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Lent.az-a TƏBİB-dən verilən məlumatda qeyd edilib ki, bədənin müxtəlif nahiyyələrinin termiki yanığı və sağ bud nahiyyəsinin parçalanmış və didilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmət göstərilib və əməliyyat edildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

40 yaşlı Rəsul İbrahimovun isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumata əsasən, bu gün Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayışı hadisəsi baş verib. Qazax rayonu Dəmirçilər kənd sakini 40 yaşlı İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini 44 yaşlı Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub, Əmrahov Sahib isə xəsarət allb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar